“Əvvəl asfalt çəkirik sonra qazıb kanalizasiya”

10 Jan


Bilmirəm Bakının şəhərsalma mütəxəsisləri gündə dəyişir, yoxsa ağıllarına gələn hər fikri sınaqdan keçirməyə şalışırlar. Deyəsən ikinci onlara daha çox yaraşır. Yusif Səfərov adlı küçə, demək olar ki, hər il asfaltlanır. Hansı ki, burada Ali Məhkəmənin binası yerləşir. Bu bina tikilməmişdən öncə həmin küçədə park vardı. Parkı söküb yolu genişlətdilər.Bu mən gördüyüm birinci asfalt örtüyü. Ali Məhkəmənin binası istifadəyə az qalmış yenidən (üstündən bir il keçmədi) asfalt qaşınıb yenisi ilə əvəz olundu. Bu dəfə lap çox xərc çəkildi. Çünki yeni asfaltı qaşımaq heç asan görünmürdü. Bu da təxminən 2009-cı ildə. 2010-cu ildə isə (sentyabr-oktyabr ayları) Məhkəmənin qabağı yenidən qazıldı.Əməlli-başlı qazıldı. Neftçilər xəstəxanası ilə Məhkəməyə tərəf yeraltı piyada keçidi salınmaq üçün. Yenə həmin asfalt örtüyü sıradan çıxdı, yol hərəkəti iflic vəziyyətə salındı və s. Axı bunların ağlına bu öncədən gələ bilməzdi ki? Məhşur bakılı oğlanların tamaşada səsləndirdiyi ifadə yada düşür: “Əvvəl asfalt çəkirik sonra qazıb kanalizasiya”

Ikinci diqqətimi çəkən küçə Azadlıq prospekti adlanır. Cəfər Cabbarlı heykəlinin önündəki avtomobil yolu. O ərazi iki il öncə asfaltdan təmizlənib, yerə daş düzəndi. Şəhərə yaraşıq vermək üçün əla düşünülmüşdü deyə hamıya xoş gəlirdi. Eləcə mənə də. Azərbayan Neft Akademiyasının iki korpus binası aralığındakı yol və biraz da yan tərəfləri. Amma indi nədir nəticə? Daşlar yerindən çıxıb, yerində əsl kənd yolunu xatırladan su gölməçələri əmələ gəlir. Bunu səbəbləəri ərazini gəzərkən özümçün araşdırmağa başladım.

Minik avtomobillərinin keçməsi üçün nəzərdə tutulan yol örtüyü ağır tonlu avtomobillərin təcavüzünə məruz qalıb. Hardan, necə, nə vaxt gəlməsi hər kəsə məlum olan yeni tikili var. və bu tikilini tikməkdən ötrü gün ərzində bura tikinti materialları gətirilir. Tikili və yaraşıqlı yol. Hansı biri digərinə borcludu? Tikən deyəcək ki, yol yaradılıb istifadə üçün. Bəlkə də yolu başqalarının dağıtdıqlarını da ittiham edəcək. Onunla söhbətim heçvaxt tutmayacaq odur ki, burdan ona üzümü tutub deyirəm ki, öz tikilisi bitincə şəhərimizin yolunu yaraşığını geri qaytarmağı unutmasın.

Əslində bu da düşünülməmiş addımdı. Çünki hansı mətiqə sığır ki, yaraşıqçün olan yolu yeni tikiliyə qurban verəsən. Axı bu küçədən gün ərzində minlərlə insan keçir. Yollarının bu günə düşməsindən görən niyə nigaran deyillər?


Tags: , , , ,

2 Cavab to ““Əvvəl asfalt çəkirik sonra qazıb kanalizasiya””

  1. Rustem Yanvar 10, 2011 at 8:04 am #

    Bir bu deyil ki, her terefde rast gelmek olur

Trackbacks/Pingbacks

  1. Sosial Bloq Yazıları 3 müsabiqəsi keçirildi « Barcamp Azerbaijan - Aprel 5, 2011

    [...] Mirzə Dadaşov (Bakı)  ”Əvvəl asfalt çəkirik, sonra qazıb kanalizasiya” [...]

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.