Aylıq Arxivlər: Yanvar 2011

Bu gün onun doğum günüdü…


Şərqdə ilk demokratik ölkənin yaradıcısı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günüdü.
Həyatını Azərbaycan xalqının maariflənməsinə, azadlıq hisslərini aşılamağa çağıran şəxsiyyət idi o.
127 il öncə o, dünyaya göz açdı. Öz gözlərini açmaqla yanaşı, xalqın da gözlərinin açılmasında böyük fədakarlıq göstərdi.
Tanrı hər bir xalqa nadir şəxsiyyətlər bəxş edib. Bu yazının davamını oxu

“Əvvəl asfalt çəkirik sonra qazıb kanalizasiya”


Bilmirəm Bakının şəhərsalma mütəxəsisləri gündə dəyişir, yoxsa ağıllarına gələn hər fikri sınaqdan keçirməyə şalışırlar. Deyəsən ikinci onlara daha çox yaraşır. Yusif Səfərov adlı küçə, demək olar ki, hər il asfaltlanır. Hansı ki, burada Ali Məhkəmənin binası yerləşir. Bu bina tikilməmişdən öncə həmin küçədə park vardı. Parkı söküb yolu genişlətdilər.Bu mən gördüyüm birinci asfalt örtüyü. Ali Məhkəmənin binası istifadəyə az qalmış yenidən (üstündən bir il keçmədi) asfalt qaşınıb yenisi ilə əvəz olundu. Bu dəfə lap çox xərc çəkildi. Bu yazının davamını oxu