Aylıq Arxivlər: Aprel 2011

Dostumun “xiyar” fəlsəfəsi

Rüstəm İsayev qrup yoldaşımdı. AİSU-nun jurnalistika fakültəsinə dörd il bir gəlib gedirdik. Onunla univeristetimizin bufetində çox nadir hallarda otururduq. Fikirləşməyin ha, bufetdə oturmayıb restorana gedirdik. Sadəcə olaraq, cibimizdə pul tapan kimi bufetə yollanır, orda işləyən Nüşabə bibinin çayından dadardıq. Jurnalistika elitar sənət sayılsa da maddi baxımdan çox kasıb sənətdi. Yəni çox qazanmaq üçün maksimum çalışmaq lazımdı. Nə isə, məqsədim o deyil. Bu yazının davamını oxu

Advertisements

Ağ-qara İqtidar, rəngsiz müxalifət

Bizim müxalifət
İsa Qəmbərin şüarı – “Gələcəyə inanmayanlar keçmişdə qalacaqlar”

Türkiyə müxalifəti
Kamal Kılıçdaroğlunun şüarı – “Türkiyə rahat bir nəfəs alacaq”

Hansı şüar inandırıcılığa daha yaxındı?
İsa bəyin şüarı qıcıqlandırırmı? Bu yazının davamını oxu

Köhnəsinə lənət, yenisinə hörmət?

“Xarabalıqlar”  deyəndə  “Madin Xərabələri”- dahi Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasından bir hekayət mənim yadıma düşür.

Hekayəti yəqin ki, hamı oxuyub və söhbətin nədən getdiyini yada salmaq kifayət edər.

Dünən ölkə başçısı Masallı rayonuna səfər etmişdi. Həmin səfər çərçivəsində bir məqam diqqətimi çəkdi. Masallı rayoununda Nizami Gəncəvinin yeni heykəlinin açılışını etdi. Alqışlayıram…

Ancaq bizdə nədənsə köhnəni qorumaq dəb deyil. Hər şeyi dağıdıb yenisinin  israfçılıqla bərpa  edirik. Bu yazının davamını oxu

Mirşahin: Hakimiyyət üçün söz azadlığı istəyirik

Həbib Müntezirin bloqundan

“Yetişməmiş armud yerə düşməz”

Bizdə inqlab baş verəcəkmi?

Çoxları buna inanır, çoxları buna inanmır.

Demokratiyanı qazanmaq lazımdı. Heç kəsə durduğu yerdə demakratiya vermirlər.

Bizdə inqlabın olacağına inanmayanlar fikirlərində bəlkə də yanılmırlar.

Nənəm də mənə hərdəm məsləhət edir ki, “Bala nə badə mitinqə gedəsən ha”. Mən də baş üstə deyirəm. Amma bununla söhbətimizi bitirmirəm. Soruşuram ki, “Niyə  getmiyim?”. Deyir: “Hökümətlə hökümətlik etməzlər ki”. Deyirəm yaxşı, sən, mən, qonşumuz Ziba xala olmayandan sonra bu hökümət kimə lazımdı ki”. Bu yerdə arvad başlayır deyinməyə. “Bu hökümətdən nə istəyirsiz axı, qiymətlər qalxan kimi, o saat prezident reaksiya verir. O deyyy o gün yumurtanın qiyməti qalxmışdı. Başına döndüyüm yumurtanın qiymətini iki dəfə aşağa saldı”. Bu yazının davamını oxu