Aylıq Arxivlər: May 2011

Avrovijinda Azərbaycanın qələbəsi

Bunu xüsusi qeyd etmək lazımdı. Avropa ölkələri arasdında öz sözümüzü deməyə qadirik. Bu musiqidə belə oldu. Təki başqa şeylərdə də Avropadan geri qalmayaq. Təhsildə, elmdə, demokratiyada.

Azərbaycan “Avrovijn musiqi yarışması”na qoşulduğu az zamanda hər il bu yarışmanı izləyirdim. Həmişə istəyirdim ki, Azərbaycan qalib gəlsin. Bunu səbirsizliklə gözləyirdim. Hər il gecə yuxuma haram qatıb avrovijnda verilən xalları izləyirdim. Bunun da bir siyasət olduğunu düşünürdüm. Bu yazının davamını oxu

Advertisements

Arının yuvası dağıdıldı

Düzü Binladenin öldürülməsinə Amerikalılar kimi sevinmədim. Nəyimə lazımdı. Amerikalılar bəyəm ADNA-da olan terrorun baiskarı öləndə sevindilər ki?
Üsama Binladeni Amerikanın özü icad etmişdi. ABŞ Binladeni terorist kimi hazırlamışdı. Bu yerdə uşaqlıq vaxtı oxuduğum bir hekayə yadıma düşür. Meşəyə ağackəsənlər daxil olur. Ağaclar qorxmağa başlayır. Ağaclardan biri isə baltanı görüb deyir ki, qorxmayın sapı özümüzdəndi, bizi kəsməz. Amerika da bu fikirdəydi ki, özümüz hazırladığımız terrorçu bizi heç vaxt kəsməz.
Uşaqlıq dedim yadıma bir əhvalat da düşdü. Uşaq vaxtlarımızda çox da dəcəl olmamışam. Amma saman altından su yeridən olmuşam. Uşaqlıqda heyvanlarının yuvasında ekstrement aparırdıq. Yəni çox quşların yuvasının yerini dəyişirdik. Ümumiyyətlə qarışqa, arı və s. həşaratlarla məzələnirdik. Onların qisas almalarını heç düşünmürdük. Günlərin birində arıların yuvasını dağıtmağı qərara aldım. Bu yazının davamını oxu