Bloqumu yeniləməyə vaxtım olacaq?!

Artıq bir ilə yaxındır ki, bloq yazmıram. Ona görə yox ki, tükənmişəm. Ona görə yox ki, tənbəllik edirəm. Ona görə yazmırdım ki, bloquma sərf edəcək zamanımı yollarda tıxacda qalmaqda itirirdim. Deyəsən yollar yavaş-yavaş düzəlir və mən də bloqumu yeniləməyə vaxtım olacaq.  Yolların təmir olunur, sözün həqiqi mənasında bütün küçələrdə yeni asfaltlama işləri gedirdi. Bu işlərin içində işə getmək, evə qayıtmaq,  hər kəs kimi, mənə də  “zülm” edirdi.  Gərgin iş rejimində  o qədər də yorulmursan, o ki, dayanacaqda durub avtobus gözləyirsən və “basa-bas”da avtobusa minirsən, bax, o zaman yorğunluğu hiss edirsən. Arzu edirəm keçən günlər elə geridə qalsın.  Çoxları deyəcək ki, hələ yollardakı tıxaclar yığışılmayıb. Doğrudur. Amma, ən dəhşətli tıxac Bayıl yolunda olurdu. Həmin yolu 15 dəqiqəyə qət   etdiyimiz halda,  bəlkə  saat yarım yolda qalmalı olurdum. Nə yaxşı ki, həmin istiqamətdəki yol,  geniş zolaqlı yolla əvəz olunub. Ümid edirəm ki, bütün yollar beləcə rahatlaşacaq.

Advertisements

May 2, 2012 tarixində Yeni içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Dunen hemin sozu geden yolun kenarinda, 20ci sahede 5 deqiqe avtobus gozledim – neticeden tepeden-dirnaga qeder toz icinde oldum… tozlu ishler bitse bu sheher nefes alardi…

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: