“Yahovanın şahidləri” kimlərdi? (Kiçik araşdırma)

İnanmıram ki, Bakı şəhərində onlara rast gəlməyən insan tapılsın.

Kimdilər onlar? Hər gün qapı-qapı düşüb camaatı inandırmaq istəyirlər ki, Yahova Allah gələcək, kimlərki onlara şahidlik edib, onları arzularına çatdıracaq.

Bu dinin yaradıcısı  Amerikalı papa Çarles Russel olub. Orta tehsillidir. 1872-ci ildə bu təriqətin əsasını qoyub. 1916-cı ildə dünyasını dəyişib.  Mənbələrin yazdığına görə, bu insan fırıldaqçı olub. Russel  satışa çıxardığı bir növ buğdanın   möcüzəli toxum olduğunu  və daha çox məhsul verəcəyini  elan edir.  Bu yalana inanlar bir ovuc buğdaya 60 dollar verərək əkirlər.  İstənilən nəticə görməyənlər, aldandıqlarını başa düşüb, fırıldaqçını məhkəməyə verirlər.  Məhkəmədə  buğdanın digərlərindən fərqi olmadığı sübut olunur, Russel həbs olunur. Ailəsində də öz çirkin əməllərindən əl  çəkməyən Russel, övladlığa götürdüyü qızına təcavüz edir.  Arvadı tərəfindən də məhkəməyə verilir. Günahı sübut olunur.  Bu insanın həyatı başdan-başa günahlarla doludur. Bəd əməl sahibi olan bir şəxsin necə bir din yaratdığını söyləmək bir az çətindir.

“Şahidlər”in dediklərinə görə, onların misiyası insanları düz yola çəkməkdir. İnsanları əyri  yollardan, əxlaqsızlıqdan, oğurluq etməkdən daşındırmaqdı. Bu sözləri onlar mənə dedilər. Mən “Quran”ı başdan-başa  oxumuşam. Elə İslam dinin də, xristian dinin də misiyası bu deyilmi?  “Quran”da “İslam”dan əvvəlki dinlər haqqında məlumat verilir və bu da qeyd olunur ki, Allah tərəfindən yer üzünə nazil olan sonuncu müqəddəs kitab “Quran”, sonuncu Peyğəmbər Məhəmməd (s.ə.a.s), sonuncu din İslam dinidir. Əvvəlki  dinlər, nazil olan kitablar da Allah tərəfindən göndərilmişdi. İnsanlar həmin dinləri bir müddət qəbul etdilər. Ancaq sonradan müqəddəs kitabların əsli dəyişdirilərək, bəzi hakim zümrələrin əlində oyuncağa çevrildi. Bunun sübutları açıq-aşkar göz önündədir. Necə ki, həm “Tövrat”da, həm “Zabur”da, həm də “İncil”də olan yazıların çox hissəsi “Quran”da öz əksini tapıb. Tarixi kitablarda da qeyd olunur  ki, hər hansı ərazi başqaları tərəfindən işğal  olunanda, həmin ərazilərdəki insanların kitabları, evləri  və s. yandırılırdı. Kitablar yanmazdan əvvəl,  hökmdarın əmri ilə oxunur, hansılar ki, öz kitablarında yoxdu,onların üzləri köçürülürdü.

Dinlərə gəlincə, dini kitabların üzlərini hər  hansı hökmdar özünə sərf edən tərzdə köçürtdürürdü.  “Atəşpərəst”lərin kitabı “Avesta”  da bu cür əməlin qurbanı olmuşdur. “Avesta”nın əsli təmamilə yandırılmışdır. Üç bölməsi bu günümüzə çatıb, amma onlar da yarımçq halda.

“Yahovanın şahidləri” Xristian dininin bir təriqəti olaraq formalaşıb.  İsa peyğəmbərin zamanındakı  xristian dininə sitayiş edirlər. Axirətə çox inanırlar. Gerçək dinin vahid olduğuna və dinin üç kitab əsasında – “Tövrat”, “Zabur”, “İncil”də deyildiklərinə inanırlar. İnanc olaraq əsgərliyə getməzlər, müharibəyə qalxmazlar, siyasətə qarışmazlar, qan verməzlər. Dünyadakı problemlərin yanlız  Allah tərəfindən idarə olunub çözüləcəyinə inanırlar. Qiyamət günündə pis adamların yox olacaq, yaxşı adamlar İsa Məsihin xeyir-duası ilə cənnətə düşəcəklər. Cəhənnəm əzabı inkar edilir.

“İsanın krallığı başladı” deyərək, dövlətlərin sonunun çatdığının və bir neçə tarix söyləyərək meydana çıxıblar. Bu tarixlərdə guya başlamalıymış:  1914, 1918, 1925 ve 1975. Ancaq  hamısı boşa çıxıb.  İndi də, “Yahovaçı”ların fikrincə Yahova tanrısı bu ilin dekabrın 20-də Moskvada zühür edəcək.  Və onların şahidlərinin arzularını gerçəkləşdirəcək, dünyasını dəyişənləri dirildəcək. Bu, ancaq Yahobaçılar üçün yaxşı olacaq.

“İslam” dinində də təriqətlər mövcuddur. Bu, Peyğəmbərin vəfatından sonra  formalaşıb. Məhəmməd (s.ə.a.s) Peyğəmbərin kürəkəni, həmdə əmisi oğlu Əli (ə) xilafətin başçısı seçilir. Elə həmin vaxt digər əmioğlanları da (adlarını dəqiq xatırlamıram) hakimiyyətə can atırdılar. Beləliklə, “Sünni” və “Şiə” təriqəti formalaşdı. (Bu dövr haqqında çoxlu kitablar və filmlər var. Sadəcə qısaca xatırlatma verdim). Düzdür, Əlinin (ə) dövründə “Şiə”lik  tam olaraq indiki kimi mövcud olmur. Yəni digər əmioğlanları iddia edirlər ki, bizim tutduğumuz yol “Düz yol”dur. (“Əl-sünnə” – ərəbcə- “düz yol” deməkdir).  Sonralar “Sünni” –  “Şiəlik” pik həddə çatır. Özlərini islamçı adlandıran “Vahabilik” əslində guya islamı təbliğ edir, ancaq bir qrup hakim zümrənin maraqları əsasında. Necə ki, hər kəsə tarixdən məlumdur ki, 18-ci əsrdə yaranan bu təriqət heç də islampərəstlər tərəfindən yaranmayıb.  Düzdür, indiki  Vəhabilər  bunu çox aqressiyayla qarşılayırlar. Ancaq bu belədir. Fransızların maliyyə dəstəyi ilə 18-ci əsrdə, AbdulVahab adlı bir ərəb tərəfindən yaranan bu təriqət, əslində İslamı daxildən parçalamaq məqsədi güdürdü. Nəticədə bu gün Vəhabilərin sayı  artmaqda və dinpərəstləri parçalamaqda davam edir.  Bu cür parçalanma vaxtilə “Xristian” dinində də olub. “Katoliklər”, “Provaslavlar” və s.

Məntiqlə düşünəndə hamısı hakimiyyətə can atanların ideyası olub. “Parçala, höküm sür!”.

 

Advertisements

Oktyabr 27, 2012 tarixində Baxış içində dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. ” Bir kəs yüz min nəfərlik, yaxud ondan da çox olan bir şəhərdə yaşasa və o şəhərdə ondan daha təqvalı bir kəs tapılsa, o şəxs bizdən deyil və fəziləti də yoxdur.” Imam Cəfəri Sadiq (ə) Əl-Kafi, 2-ci cild, səh.63, 10-cu hədis.

  2. 1918 -ci ilin oktyabr ayının 30 -da Osmanlı İmperiyası Mudros müqaviləsini imzalayaraq, I Dünya Müharibəsindən çəkildiyini bildirir. Müqavilənin 16-cı maddəsinə görə, F. Paşanın təslim olaraq Mədinəni tərk etməsi nəzərdə tutulurdu. Ancaq Fəxrəddin paşa müqavilənin şərtlərini bildirmək üçün Mədinəyə gələn zabiti həbs edərək, xəbərin yayılmasının qarşısını alır. Osmanlı dövlətinin təslim olmasından sonra daha 72 gün müqavimət göstərən Paşa qida, dava-dərman və silah-sursatın bitməsindən sonra öz əsgərləri tərəfindən nəzarət altına alınır və şəhər 1919-cu il yanvar ayının 13 -də təslim olur. Beləliklə, Mədinədə 400 il davam edən türk hakimiyyətinə son qoyulur. İngilislər tərəfindən “çöl aslanı” adlandırılan Fəxrəddin paşa hərbi əsir kimi əvvəlcə Misirə, daha sonra isə Maltaya göndərilir. Maltada iki il 33 gün sürgündə qaldıqdan sonra 1921-ci ilin aprel ayının 8-də bəraət alır. Bundan sonra Mədinə aslanı F. Türkqan Türkiyəyə qayıdıraraq, milli azadlq mübarizəsinə qoşulur. 1921 -ci ilin 9 noyabr tarixli fərmana əsasən Fəxrəddin Paşa Türkiyə Respublikasının Əfqanıstandakı səfiri vəzifəsinə təyin olunur. Diplomatik fəaliyyətindən sonra Ömər Fəxrəddin paşa Türkiyənin hərbi prokurorluq orqanlarında işləyir və 1936 -cı ildə təqaüdə çıxır. “Çöl aslanı” və “Mədinə aslanı” ləqəbləri ilə anılan Ömər Fəxrəddin paşa 1948 -ci il noyabr ayının 22-də dünyasını dəyişir. Paşanın əsas xüsusiyyətlərindən biri getdiyi bütün əyalətlərin fotoşəklini çəkməsi idi.

  3. Bu tarixi faktdır. Təşəkkür, izahatın üçün!

  4. Bəzi mənbələr Yahova adlı Allahın Yə-Huva, yəni ərəbcə – “O” (özü, Allah) mənasına gəldiyini iddia edir. Hər halda, batil inancdır…

  5. Əlbəttə batil inancdır. Heç bir əsası, sübutu yoxdur. Nağıllar, fərziyyələr.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: