Milli Məclisdən analoqu olmayan qanunun qəbulu

İcazəsiz etiraz aksiyası keçirənləri 30 min manat cərimələmək kimə lazımdır? Demokratiyanı boğmaq üsullarından biridir bu. Əgər demokratik yolu seçmişiksə, xalqın etiraz səsləri niyə boğmulmalıdır?

Cərimələrin artırılması ona əsaslanır ki, guya mitinqçilər mülklərə ziyan vurur, şəhərin mərkəzində ixtişaş yaradırlar. Mitinq üçün də hər dəfə icazə istəniləndə 20km məsləhət görülür. Mən də əleyhinəyəm şəhərin mərkəzində mitinq keçirməyin. Yollar bağlanır, qocalar, uşaqlar gediş-gəlişinə əngəl yaranır. Amma hər dəfə Bakı şəhər icra hakimiyyətinin 20km-i ayırması biraz gülməlidir. Konstitusiyamızda da qeyd olunur ki, hər kəsin sərbəst toplaşmaq hüququ vardır. Heç kəs bu hüququ onun əlindənala bilməz. Mitinqlər üçünsə hər bir rayonun ərazisində xüsusi yerlər  olmalıdır. Bizim icra hakimiyyətinin isə yanlız bir yeri var. O da 20km. meydanıdır.

Mitinqlərdə reportyor kimi vəzifəmi icra edərək iştirak edirəm. Ancaq bir məsələnində şahidi olmuşam ki, elə ki müxalifət 20km-ə getməyərazı oldu, onlara orada yığışmağa imkan verilmir. Marşurtların həmin istiqamətlərdə gedişi məhdudlaşdırılır, yaxud bu istiqamətə ümumiyyətlə buraxılmır. Şəxsi avtomobili olanlar da öz evlərinə getmələri  belə əngəllənir.

Gözümlə görmüşəm ki, Sədərək bazarına gələn 120 nömrəli avtobus geri qayıdarkən sərnişin götürmür. Guya bazara gələnləri mitinqə gedib qoşular. Vallah absurtdu.

Bu günbu qərarı cənab Prezidentimiz də təsdiqlədi. Yəni ki, bunda belə mitinqə getməzdən əvvəl düşünməlisən ki, aldığın məvacibin 100 misli qədər cərimə gözləyir səni. Əgər verməsən, Fazil Qəzənfəroğlunun dediyi kimi, kiminsə tualetini yumalısan. Ya da 3 il azadlıqdan məhrum ediləcəksən. İndi etiraz etməyə də pul lazımdır. Elə isə pulum olsa, yaxşı həyat şəraitim olarsa, kimin nəyinə gərəkdir etiraz edə.

Bu qanuna səs verənlərin çoxu fikirləşir ki, Fransada 75min avrodudur. Biz hələ 30min etmişik. Amma fikirləşmirlər ki, Fransada orta illik maaş 60-70min avrodur. Bizdə isə 30min manatı bəlkə bir adam ömrünün sonuna kimi qazana bilmir.

 

Advertisements

Noyabr 10, 2012 tarixində Yeni içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: