Səkilərin qənimi siqaret kötükləri

Sivil ölkələrdə siqaretdən qurtulmaq üçün əməlli-başlı  layihələr həyata keçirirlər. Türkiyəni misal göstərmək olar. Bütün Türkiyə televiziya kanallarında, siqaretə qarşı sosial reklamlar yayımlanır. Bizdə görəsən nə vaxt bu addım atılacaq?

  Siqaret çəkmək vərdişi bir yana. İnsan çəkir, onun zərəri  təkcə özünə bəs etsə dərd yarıdır. Siqaret çəkənlərin bütün ətrafındakılar  zərərli vərdişdən daha zinhara gəlib. Çəkənə siqaretin tüstüsü o qədər də təsir etməsə də, çəkməyənlərə artıqlaması ilə əsl cəhənnəm yaşadır. Siqaret çəkənin həmişə üst-başından siqaret qoxusu gəlir. Bu da xoşagəlməz haldır. Siqaretin iyindən, ətrafdakılara təsirindən danışdım. İndi də siqaret kötüklərinin hara gəldi tullanmasından danışmaq istərdim. Siqaret kötükləri səkilərin qəniminə çevrilib. Bakı gözəl şəhərdir.Şəhərin gözəlləşməsi üçün böyük maliyyə vəsaitləri də xərclənir.  Şəhərin ən təmiz küçəsi  – Nizami küçəsi  (Torqovi adlanan yeri) nisbətən təmizdir. Oranı da təmiz saxlamaq üçün hər dəqiqə süpürürlər. Qalan küçələrdə addımladıqca siqaret kötüklərinə rast gəlməmək  qeyri-mümkündür.  Misal olaraq 28 may küçəsini  (Səməd Vurğun bağının ətrafı) göstərmək istərdim. Səkiylə addımladıqca, yer sanki  ağac yarpaqlarından əmələ gəlmiş xəzanlığı xatırladır. Bu xəzanlıqda yarpaqları siqaret kötükləri əvəz edir. İrəlilədikcə yerə  səpilmiş siqaret kötüklərini  tapdalamalı olursan. Söz yox ki, bütün küçələrdə  olduğu kimi, buranı da hər gün süpürürlər. Ancaq nə fayda. 2-3 saat ərzində  hər keçən bir kötük atmaqla nəticəni təsəvvür etmək çətin deyil. Bəzən  ağac dibinə atırlar. Guya çıxış yoludur da. Bir də görürsən bir-iki nəfər yığışıb zibilqabının ətrafında siqaret çəkirlər. Ancaq sonda kötüklər nədənsə zibilqabına düşmək istəmirlər. Zibilqabının ətrafı elə hey siqaret kötükləri ilə bəzənir.

Siqaret çəkənlər inciməsin, siqaret çəkmək o demək deyil ki, öz sağlamlığına qəsd etdiyin kimi, şəhərin gözəlliyini də korlamalısan.  Şəhərdə minlərlə siqaret aludəçisi  var. Hər biri, gün ərzində küçədə 5-6-ın çəkib yerə atarsa, bu kötüklər saya gəlməz.  Şəhər bizimdir. Onun təmizliyi də bizim adımızdır, zibilləmək də bizim adımızdır. Odur ki, şəhərimizin qeydinə özümüz qalmalıyıq!

Advertisements

Noyabr 26, 2012 tarixində Yeni içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: