Aylıq Arxivlər: Yanvar 2013

Haradadır Qaçaq Nəbi? Gələ xalqı qurtara bu rüsvayçılıqdan

Bir həftə ərzində üç mitinq. Gözlər açılır yavaş-yavaş. Bizim xalqın əlindən hər şeyini almaq olar.Təkcə qeyrət, namusundan başqa.  “Axırıncı aşırım” Azərbaycan filmi yəqin ki hər kəsin yadındadır. Orada Kərbəlayinin bütün varını-yoxunu əlindən alırlar. Axırda deyir ki, Adamın əlindən pulunu da alarlar, taxılını da, ancaq qeyrətini, namusunu almaq olmaz.

 Namus bizim xalqın mentaliteti üçün ən önəmlidir.  Bunun üçün insanın canına qəsd də edilir. Buna sübut olaraq həftə sonları “Cinayət işi”nə baxsaq görərik. Görərik ki, insanlar namusları uğrunda bir insanın canına qəsd etməkdən belə çəkinmirlər.

  İsmayıllı üsyanına səbə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin oğlu xalqın namusuna söydü. O söyüşü söyən insanlar üçün bu adi hal ola bilər. Bu yazının davamını oxu

Advertisements

Qullar o vaxt üsyan edir ki, qollarında olan zəncirlərdən başqa itirəcəkləri bir şey olmasın

Bine Ticaret merkeziBu kəlamın müəllifini unutduğum üçün üzr istəyirəm.

 Son günlərdə keçirilən mitinqlərdə bir daha əmin oldun ki, insanlar deyəsən itirməyə başlayıblar. 2003-cü il istisna olmaqla, mən hələ belə bir mitinq görməmişdim. Vaxtaşırı müxalifət  partiyaları etiraz aksiyası keçirir. Sayları 100-500 olurdu. 50 nəfərlik mitinqin də şahidi olmuşdum. Binə Ticarət Mərkəzindəki  keçirilən kütləvi etiraz aksiyasında  əmin oldum ki, xalq hissləri ilə oynayanlara boyun əyməkdən bezib.

Bu yazının davamını oxu