Qullar o vaxt üsyan edir ki, qollarında olan zəncirlərdən başqa itirəcəkləri bir şey olmasın

Bine Ticaret merkeziBu kəlamın müəllifini unutduğum üçün üzr istəyirəm.

 Son günlərdə keçirilən mitinqlərdə bir daha əmin oldun ki, insanlar deyəsən itirməyə başlayıblar. 2003-cü il istisna olmaqla, mən hələ belə bir mitinq görməmişdim. Vaxtaşırı müxalifət  partiyaları etiraz aksiyası keçirir. Sayları 100-500 olurdu. 50 nəfərlik mitinqin də şahidi olmuşdum. Binə Ticarət Mərkəzindəki  keçirilən kütləvi etiraz aksiyasında  əmin oldum ki, xalq hissləri ilə oynayanlara boyun əyməkdən bezib.

Yanvarın 12-də əsgər ölümünə etiraz aksiyasında gənclər çoxluq təşkil edirdi. Bunlar sırf müxalifət partiyalarına üzv olan  gənclər deyildi. Sıradan biriləri idi. Aralarında iqtidar partiyalarından olanlar da var idi, bitərəflər də.

 

 

btm mitinq Polislərə daş atılmasının bir mənalı olaraq əlkeyhinəyəm

Binə TM-dəki  alverçilərin etdiyi etraz aksiyası kor-koranə təşkil olunmuşdu. Yəni,  biz bunu etməyi bacarırıq anlamında.  Adamların etirazı var.  Hansısa məbləği ödəməyə qarşı çıxanlar idi təşkilatçılar. Kor-koranə deməyimin səbəbi var. Mitinqə gedərkən məqsəd polisi daşlamaq deyil. Təşkilatçı əvvəlcə müəyyən etməlidir ki,  tələbləri nədir. Kimə bu tələbləri ünvanlasaq probem həllini tapacaq. Qətnamə tərtib olunmalıdır. Bir nüsxəsi  ünvanladıqları şəxsə çatdırılmalıdır. Mitinq üçün xüsusi  plokatlar hazırlanmalıdır. Əgər yol bağlanıbsa, qətnamə oxunduqdan sonra  yolun boşaldılması təmin olunmalıdır ki, özgələrinin də hüquqları tapdalanmasın. Sonda polislə qarşıdurma isə lazımsızdır. Əgər tələblərini eşidib cavab verən varsa, daha polislə üz-üzə gəlib problemləri daha da artırmağa lüzum yox idi. Necə ki, mitinqdən sonra saxlanılananlar hələ də dustaqdırlar. Məgər özlərinə problem artırmaqdan başqa bir şey verdimi bu mitinq? Hər şeyi sivil qaydada etmək lazımdır. Biznesmenin fikrini siyasiləşdirmək lazım deyildi.

Polislərə daş atılmasının ona görə əleyhdarıyam ki, bir tanışım var, Salman (ad şərtidir), Binə TM-də alverçidir. Onun qardaşı Elman (ad şərtidir)  isə polisdə işləyir. Salmanın  həmin mitinqdə atdığı daş gəlib qardaşının başına dəyir. Halbuki, səhər eyni evdən çıxıb hərəsi öz işinə getmişdi. Salmanı qıcıqlandıran Binə TM-nin rəhbərliyi, necə deyərlər, qardaşının başının partlaması nail oldu, özü isə kənarda qaldı. Dovşana qaç, taziyə tut əmri verənlər isə özləri kənardan bu mənzərəni  seyr etdilər.

tmNəhayət, Binə TM-nin rəhbəri Kəbirə xanım da hadisə yerinə gəlir, “bu etdiklərinizdən sonra heç bir güzəşt olunmayacağ”ını deyib gedir.  Sonra da əllərindəki daşları qurtaran alverçilər polisə döyülərək təslim olurlar. Bu da onların əldə etdikləri nəaliyyət.

Həmin tanışım Salman deyir:  “100 min manatlıq mallarım dövriyyədədir. Hər ay xalis mənfətim 500-600 civarındadır. 4 min manat dükan üçün icarə haqqı verirəm. Üstəgəl işıq pulu üçün ayrıca qeyri şərtsiz 100 manat ödəyirəm. Bir işçimə də aylıq maaş 300-500 manat verirəm. Karqo-filanı hesablasam bu siyahı uzandıqca uzanacaq. Bazarda arabaçılara da rast gəlmisiniz yəqin ki, onlar hər gün 15-20 manat qazanc əldə edirlər. Halalları olsun. Belə çıxır ki, heçnəyə məsuliyyət daşımayan, heç  bir pulu dövriyyədə olmayan arabaçı məndən çox qazanır. Elə mən də gedib araba dartaram da.  Nə işim var bu boyda riskdə. Ad olur ki, alverçiyik. Amma, istismar olunuruq. Kimlərinsə ciblərini doldurmaq üçün çalışıram? Bəs mənim ailəm-uşağım yaxşı yaşamağa layiq deyil?”  Bu onun fikirləri idi.

Ortda olan mənzərə də bu.

Advertisements

Yanvar 21, 2013 tarixində Baxış, Kənardan içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: