Haradadır Qaçaq Nəbi? Gələ xalqı qurtara bu rüsvayçılıqdan

Bir həftə ərzində üç mitinq. Gözlər açılır yavaş-yavaş. Bizim xalqın əlindən hər şeyini almaq olar.Təkcə qeyrət, namusundan başqa.  “Axırıncı aşırım” Azərbaycan filmi yəqin ki hər kəsin yadındadır. Orada Kərbəlayinin bütün varını-yoxunu əlindən alırlar. Axırda deyir ki, Adamın əlindən pulunu da alarlar, taxılını da, ancaq qeyrətini, namusunu almaq olmaz.

 Namus bizim xalqın mentaliteti üçün ən önəmlidir.  Bunun üçün insanın canına qəsd də edilir. Buna sübut olaraq həftə sonları “Cinayət işi”nə baxsaq görərik. Görərik ki, insanlar namusları uğrunda bir insanın canına qəsd etməkdən belə çəkinmirlər.

  İsmayıllı üsyanına səbə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin oğlu xalqın namusuna söydü. O söyüşü söyən insanlar üçün bu adi hal ola bilər. Ancaq namusdan başqa itirəcəyi bir şeyi olmayan xalq üçün bu çox önəmlidir. Xalqı maraqlandırmırdı ki, bu avtomobili  Füzuli Ələkbərov oğluna hansı pulnan alıb. Bəlkə də, dövlət tərəfindən xalqa ayrılan ünvanlı sosial yardım veriləndə bir qismini bunun üçün tuturmuşlar. Neçə vaxtdır ki, kasıb əhali yardımdan yararlanmaq üçün müraciət edir. Ancaq onlara deyilir ki, 6 aylıq təyin olunan pulun bir-iki aylığı bizə çatır. Yəqin elə bunun üçün toplanırmış ki, nazir balası Hammerlə gəzib xalqı təhqir etsin.

Nazir olmaq dövlət qulluqçusu olmaq deməkdir. Dövlətə, dövləti təmsil edən xalqa xidmət  etməlidir. Sırf ixtisasçı olmalıdır nazir. Bizdəki bəzi nazirlər kamaz şöferi, bəziləri biznesmendir. Bizdə dövlət məmuru, deputat olmağa yanlız biznes qurmaq üçün gəlirlər.  Bizdəki biznessiz nazirlərə, deputatlara pis baxırlar. Deyəcəklər ki, Gürcüstanda hökumətin başına da biznesmen gəlib. O adamın pulu var. Qazanıb cavanlığında. İndi isə xalqına xidmət etmək istəyir. Daha bizdəki kimi kamazını satıb nazir, deputat  olmurlar. Xalqı talamaq üçün məmur olmazlar. Xalqı varlandırmaq üçün məmur olmalıdırlar. Xalq varlanarsa vergiləri artacaq, məmurların maaşı da artacaq. Ümumiyyətlə bizdə böyük sərmayəli  şirkətlər arxalı adamların əlindədir.

  İsmayıllıdakı üsyanla bağlı bir filmdən fraqment yadıma düşdü. “Qanlı zəmi”  filmində Qaçaq Nəbiyə kəndli kişi gəlib şikayət edir ki: “Nəbi qala,deməyə də utanıram, kəndxuda namusuma sataşır, deyir ki, bu cür gözəl arvad ancaq kəndxudaya yaraşar.” Nəbi qala da həmin kəndxudanı cəzalandırır, deyir elə bu xatun kəndxuda arvadı olmalıdır da. Şikayətçi kəndlini kəndxuda təyin edir.

 Bu filmə baxmayanlar üçün deyirəm ki, həmin fraqment  38-ci dəqiqə 16-cı saniyəsindən başlayır.

Deyirəm haradadır indiki dövrün “Nəbisi”. Gələ bu icra başçısını cəzalandıra. Amma onu da deyimki, hər bığını uzadan Qaçaq Nəbi ola bilməz.

Advertisements

Yanvar 27, 2013 tarixində Yeni içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: