Dar ağacın hazırdır, xalq yazıçısı!

Əkrəm Əyrisli

Neçə gündür gündəmi zəbt edən “Daş yuxular” əsəri. Bir insanı  peşman edəcək qədər mediada ittihamlar, təhqirlər, tənqidlər səsləndirilir. Bir insan nə qədər dözə bilər ki, bu ittihamlara. Nə qədər səbrli, təkəbbürlü olsan da, bunlara cavab vermək məcburiyyətindəsən. Təkzib etmək vaxtıdır, bəlkə bu əsəri sən yazmayıbsan? Çıx özünü təmizə çıxart da! İnsanın içində millətinə qarşı nə qədər nifrət olmalıdır ki, milləti tapdaq altına atacaq qədər bir əsər yazasan. Bir sual da ortaya çıxır. Əvvəla bu əsər 5 il öncə yazılmışdısa, indi niyə ortaya çıxırdı? Özü də bu şəkildə?

Əkrəm Əylisli ANS TV-yə müsahibəsində deyir ki, yazdıqlarım hammısı həqiqətdir. Lap 10 dəfə altından imzamı ataram.  Onu da deyim ki, bu əsəri sıradan biri, gənc yazar yazsaydı, o dövrü yaşamasaydı, deyərdim ki, beyninin, təxəyyülünün məhsuludur. Ermənilərə rəğbət bəsləyir. Axı ay Əkrəm Əylisli! Sən Azərbaycanın xalq yazıçısan. Bu titulun mənasını mənə elə gəlir ki, bilmirsən. Xalqın yazıçısı, xalqının adından bu sözləri yazar?   Özünü  Z.Balayan kimi təqdim edərmi? Guya məqsədi xalqları barışığa səsləyir. Xalqın içindəki qığılcımı bir az da alışdırmağa kömək etdin. Yəqin ki, sənin evini ermənilər əlindən  almayıb, yəqin ki, sənin yaxın qohum qadınlarını ermənilər əsir götürməyib, yəqin ki, sənin nişanlı oğlun Qarabağ müharibəsində şəhid olmayıb, yəqin ki, sən 15 il susuz, şəraitsiz, tualetəvəzi uşaq qarşokuna gedən insanlar kimi  çadırda yaşamayıbsan, yəqin ki, bütün yaxınlarının həlak olduğunu görən 80 yaşında qarın üstündə ayaqyalın oynamaq dərəcəsində ağlını itirən qocanı görməmisən, yoxsa yazdığın əsəri heç  qələmə almazdın. Bəlkə bu əzablara düçar olan sənin xalqın deyildi? Bəlkə sən Ermənistanın xalq yazıçısan ki, bu fikirdəsən? İrəvana ( yox üzr istəyirəm(kinayəylə), sənin üçün Yeravana) getmək istəyirsən get də. Azərbaycanda yaşamağa haqqın yoxdur. Bəlkə biz bilmədiyimiz məqamlar var.Bəlkə nəyinsə müqabilində yazıbsan bu əsəri? Yox, düzü sənə yaraşdırmazdım bu alçaqlığı!

Əsərdə guya erməniləri öldürən yerazlardır. Axı yerazlar da Azərbaycanlılardır. Xatırlamırsansa ey xalq yazıçısı, yadına salım ki, İrəvan əzəli Azərbaycan torpağı olub. Ermənilərin ora nəvaxt köçdüklərini də bilmirsənsə, aç tarixi oxu! Ermənilərin ora köçürülməsi siyasəti də Rusların olub. Hansı ki, sən həmin dildə yazıbsan əsəri. Ermənistan SSR yarananda bədbəxtlərin paytaxt etmək üçün şəhərləri belə yox idi. Tarixçilər çox gözəl bilir,məsələ vardı ki, ya Naxçıvan, ya da İrəvan Ermənistana verilsin.Bəlkə Naxçıvan, Ordubad Ermənilərə verilsəydi, sən də yeraz qismində Bakıya köçsəydin bundan betər edərdin.  Nəticədə İrəvan verildi. Orada yaşayan, öz ata-baba torpaqlarında sən dediyin yerazlara xor baxıldı. Üç dəfə Ermənistan SSR-dən Azərbaycana yerazlar köçürüldü. Sonuncusu 1988-ci ilə təsadüf etdi.  Bəlkə Bakıda, Sumqayıtda baş verənlər sənin gözünün önündə olub. Bəlkə bir-iki erməni dığasının döyülməsini görübsən? Amma, İrəvanda, Göyçə mahalında, Zəngəzur və s.  rayonlardan qovulan yerazların necə oraları tərk etdiklərini heç təsəvvürünə gətirə bilməzsən. Soydaşlarımız Sovet höhumətinin sərəncamı, ermənilərin  əliylə, evləri əllərindən alınır, var-yoxları talanır, özlərini də yük vaqonlarına üst-üstə   doldurularaq (hansı ki, adam sərnişin qatarında,kupedə gedərkən belə narahat olur) 10-12 saat yol gəlmişdilər. Yerli əhaliyə sığınmışdılar. Gəlib burda nə gördülər? Gördülər ki, Bakıda ermənilər üçün ermənikənd ayrılıb. Lap mərkəzdə. Burda onlara qaşın üstə gözün var deyən də yox. Ancaq ermənistanda azərbaycanlıları görməyə gözləri də yox. Onu da qeyd edim ki, ermənilər Bakıda kök atmışdılar. “Sapojnik” erməni, bərbər erməni, rəngsaz erməni və s. Yerazlar bunları görüb necə küçələrdə evsiz-eşiksiz yataydılar? Əlbəttə, yerazların köçkün düşməsinin səbəbi olan  bu erməni it uşaqları Bakıda kef etməsinə dözmədilər. Qovdular onları evlərindən. Yəni əvəz-əvəz oldu. Yoxsa Azərbaycan xalqı heçvaxt özgəsinin canına, malına qıymayıb. Qıysaydı, elə indinin  özündə də İranda, Cənubi Azərbaycandakılar indi özlərinə dövlət qurmuşdular. Azərbaycan xalqı xəyanət etməyi xoşlamır. Xəyanət edəni də bağışlamır. Bu ümumilikdə Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Fərd olaraq sən bu xalqa aid deyilsən.

Nəyə görə yerazların ermənilərin başına açdıqları oyunları qələmə alırsan? Nəyə görə azərbaycanlıları həmişə soyqırıma məruz qoyan erməniləri belə çox istəyirsən? Bəlkə Suzannalardan sevgilin, məşuqən olub? Yerazlar onu Bakıda çılpaq soyundurublar ki, sənin  də yerazlara qarşı bu boyda nifrətin artıb. Nə bilmək olar. Bu sualların cavabı yanlızvəyanlız səndədir. Bu sirri də hansısa gələcəkdə yazdığın əsərlərdə aydınlıq gətirərsən yəqin ki.  Ancaq tələssən yaxşı olar. Yoxsa, əsərində yazdığın (“Daş yuxular”dakı)  azğın xalqın sənin də axırına çıxacaq. Azərbaycan xalqı yalan, xəyanət xoşlamır.

Azadlıq radiosunda suallara cavab verir.

Advertisements

Fevral 4, 2013 tarixində Baxış, Kənardan içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. teklif edirem, Ekren Eylisli Xocali haqda da bir eser yazib Drujba Narodov jurnalinda neshr etdirsin… kishidise 🙂

  2. Əlbəttə, əgər xalqına xidmət edirsə. Yaradıcılıq azaddır. Heç kimi düşüncəsinə görə ittiham etmək olmaz. Sadəcə kimlərisə qıcıqlandıran, torpağını zəbt edənlər haqda bu cür əsər yersizdir. Adam da vijdan da olar da! Hamı bilir Bakı Sumqayıt hadisələrin. Nəyə lazımdır ki, onu tarixiləşdirəsən. Hər müharibə şahidi yazsın da filan şey filan olub. Bu münaqişəni ermənilər başlayıb.!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: