Xocalını unutmayaq…

khojaly-monument-300x204In February 1992, an unprecedented massacre was committed against the Azerbaijani population in the town of Khojaly. This bloody tragedy, which be came known as the Khojaly genocide,involved the extermination or capture of the thousands of Azerbaijanis; the town was razed to the ground. Over the night from 25 to 26 February 1992 the Armenian armed forces with the help of the infantry guards regiment No. 366 of the former USSR implemented the seizure of Khojaly – a small town situated in the Nagorny Karabakh region of the Republic of Azerbaijan with the total area of 0.94 sq. km. and the population before the conflict of 23,757.

21-ci il də Xocalısız keçdi. Allah səbr verməsin. Bəsdi səbr etdik. Xocalını azad etmək vaxtıdır. Orada şəhid olanların qanı yerdə qalmamalıdır. Hər il Xocalının il dönümü gələndə sanki yenidən Xocalını yaşayırıq. Şəhidlərin yaxınları danışanda adamın tükləri biz-biz olur. Onların başlarına gətirilən fəlakətləri dünya birliyi danmamalıdır. Çox təəssüf ki, Xocalı faciəsinə  lazımi qiymət verilməyib.

Xocalı haqqında nə qədər danışılsa da azdır. Millətimizin başına gətirilən ən dəhşətli olaydır. Əkrəm Əylisli kimi bəzi mədhahlar erməniləri tərənnüm etmədən öncə Xocalı haqqında da bir kəlmə danışaydı. Ssenari yazaydı.

Xocalı haqqında bircə “Fəryad” filmi vardı. Onu da bütün kanallar səhərdən axşamadək fırladırlar. O qədər fırladırlar ki, filmin texniki keyfiyyəti də bərbadlaşıb. 2012-ci ildə nə yaxşı ki, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev “Xoca” filmini çəkdi. 20 il gecikməsinə baxmayaraq çəkdi. Məncə bu filmi Vahid Mustafayevdən başqa heç kim çəkə bilməzdi. Qarabağ müharibəsində reportyor kimi iştirak etmiş , bu hadisələri öz gözü ilə görmüş bir adam kimi çəkib. Bunu məncə ən yaxşı bilən, açıb göstərən də yanlız o ola bilərdi. Elə Xocalı haqqında həqiqətləri haqqında 20 il ərzində film çəkilməməyin səbəbini də mən bu bigisizlikdə görürəm. Yəhudilərin soyqrımı haqqında 100-dən çox filmə baxmışam. Özü də necə təsirli çəkilib. “Şindlerin siyahısı”, “Pionist” və s. Bu filmlərə baxdıqda kövrəlməy bilmirsən. Ancaq bizdə isə əlindən bir iş gəlməyən, bir vaxtlar saray şairi olub(Əkrəm Əylisli), indi küsüb deyə öz  xalqı pisləyən bir şəxsin 10-dan çox filmə ssenari yazıb. Azərbaycanın yeganə “Oskar” alan  kinomatoqrafçısı Rüstəm İbrahimbəyov özü Xocalı haqqında bir film çəkməyə-çəkməyə, durub “Xoca” filmi haqqında mənfi fikirlər söyləyir. Adama deyərlər bəyənmirsən, bacarırsan özün çək. Halbu ki, Rüstəm İbrahimbəyovun uzun illər əlinədə hər bir şəraiti olub. Azərbaycan Kinomatoqrafçılar birliyinin sədri olub. Hər bir texnika, dövlət dəstəyi olub, o vaxt çəkərdin də. İndi özün bir iş görmədiyin halda, iş görənlərin də işinə mız qoymağa haqqın çatmır. Özü də Xocalı mövzusunda. Ruspərəst, öz xalqına biganə olan bir insanın “Xoca” filmini pisləməsi real görünə bilər. Çünki, “Xoca” filmində rus qoşunlarının törətdikləri göstərilir.

“Xoca” filmi insanı Xocalıda olmağa, o hadisələri öz gözü ilə şahidlik etməyə çağırır. Filmdə Azərbaycanlıların əzmkarlıq nümunəsi göstərilib.

Allah Xocalıda şəhid olanlara rəhmət eləsin.

Advertisements

Fevral 26, 2013 tarixində Yeni içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: