Azərbaycan filmlərinə baxanda adamın gülməyi gəlir

jnhgAzərbaycanda kino günü qeyd olundu. Ancaq kinostudiyanın rəhbəri bu tədbirdə iştirak etmədi. Söhbət Rüstəm İbrahimbəyovdan gedir. Ancaq mən kino-film sahəsində öz sözünü demiş, ən möhtəşəm mükafat “OSKAR” almış, onlarla filmim ssenaristi, onlarla filmin rejissoru, ahıl yaşında özünü siyasətə qurban vermiş Rüstəm İbrahimbəyovdan danışmayacam. Ona görə danışmayacam ki, onun haqqında artıq bütün media danışır.

İstərdim  kinofanatik kimi dünyada çəkilən filmlər haqqında qısaca bir neçə kəlmə danışım. Filmlərin təsir gücündən. Hollivud filmləri baxanda  adamın kişilik hissi coşur. Film qəhrəmanlarının yerində olmaq istəyirsən. İstər  fantastik trillerlərində, istər qəhrəmanlıq filmlərində, istər komik, istərsə də açıq-saçıq filmlərində.  Adamlar var ki, əvvəllər bəlkədə  nəydənsə qorxub, çəkinib, utanıb, ancaq Hollivud filmlərinə baxandan sonra sanki, “şir ürəyi yemiş” kimi özünü aparır. Filmlərin bu mənada təsir gücü alqışlanasıdır. Bəziləri də var ki, gecə səhərədək qorxu-dəhşət filmlərini izlədikdən sonra psixologiyası korlanır, cinayət törətməyə sövq edir. Lazımdır ki, psixologiyası həssas olan, məntiqi düşüncəsi normal olmayan adamlara həmin filmlərə baxmaq  məslət görülməsin.

Avropa filmlərində isə əksinə. Avropa kinomatoqrafçıların ən çox qabardıqları bədbəxt adamların həyat tərzi və onlara haq qazandırılması. Avropada da qəhrəmanlıq, fantastik filmləri çəkilir. Lakin yadda qalanı məhz bu cür  filmlərdir.

"El yazısı"

“El yazısı”

Türk filmlərinə baxandan sonra isə adam göz yaşlarını saxlaya bilmir. Bəzi filmləri çıxmaq şərti ilə demək olar ki, türkfilmlərinin hədəfi insanları duyğulandırmaqdır. Kulminasiya səhnələri elə qurulur ki, həmin an baxarkən təsirlənməmək olmur. Türk rejissorlarının insanları ağlatmaq qabiliyyətinə əhsən olsun. Onların filmboyu gözü ekrandan çəkməməyə hesablanmış səhnələri doğurdan da alqışalayiqdir.

Hind filmləri  postsovet məkanında əvvəldən çox məhşur olub. O vaxtlar nümayişi olan filmlər bilətləri bütünlüklə satılırdı.  Indi  maraq ovaxtki kimi deyil. Hindistanlılar da insanları duyğulandlrmağı bacarırlar. Bollivud filmlərin əsas qayəsi sevgidir. Son zamanlar onlar da başlayıb  fantastik filmlər çəkməyə. Fantastika hindlilərdə o qədər də yaxşı-inandırıcı alınmır. Necə deyərlər indiki uşaqlar da həmin filmlərə baxanda gülürlər.

korea

Rusiya kinoçəkənləri də son zamanlarda möhtəşəm əsərlər yaradırlar. Ancaq filmlərində rus hegomonluğu filmlərdə heç də yerinə düşmür. Belə bir müqaiysə edimdə: Amerika filmlərində qəhrəman  məsəlçün-Şvasneqr məhz Şvasneqr olduğundan qəhrəmandır. Ruslarda isə bu Rus millətinin ayağına yazılır və rusiyadakı digər xalqlar ağılsız kimi görünür filmlərdə.

Yaponiya, Çin filmlərində də qəhrəmanlıq möhtəşəm şəkildə qabardılır. Xalq üçün müsbət olan, örnək olan obrazlar daşınır ekrana. Koreya filmlərinə baxanda isə adamın ürəyi bulanır. Bəzi filmlər istisna olmaqla. Bütün iyrəncliklər filmdə əksini tapır. Baxdığım koreya filmləri bu fikri söyləməyə imkan verir. Subyektiv fikrimdi.

Bütün dünyada filmləri ilə məhşur olan ölkələrin məhsulları haqqında obyektiv və subyektiv fikirlərimi dedim. Ancaq Azərbaycan filmləri haqqında gərək obyektiv danışım. Azərbaycan filmlərinə baxanda adamın gülməyi gəlir.Komediya janrında çox inkişaf etmişik deyə demirəm. Elə dramatik filmlərimiz var ki, onlara baxanda da gülmək olar. Çünki bəzi səhnələr standart, primitiv və o qədər sadə olur ki, orada dramatikləşmiş səhnədən, insanlara təsir gücündən söz gedə bilməz. Çox gözəl filmlərimiz var. Özümkümüzdü deyə lap yüz dəfə baxmışam. Kinomuzun bəzi problərinə yaxından bələdəm. Ancaq nə edək ki, bəzi rejissorlar yanlız standartlarla öyünməyə çalışırlar. Rejissor fikirlərindən yan keçirlər. Ssenaristin demək istədiyini sözlə yox bir hərəkətlə elə göstərmək olar ki, o daha effektiv olar.

İnanıram ki, kinomuzun 120 illiyinə qədər bütün problemlər öz həllini tapacaq və yeni-yeni filmlər ərsəyə gələcək.

Advertisements

Avqust 3, 2013 tarixində Baxış içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: