“Maşennik” Ceyhun

Ceyhunu ilk dəfə illər öncə, iş axtararkən görmüşdüm. Arıq, təxminən 185 sm hündürlüyündə, sümükləri aydın sezilən sifət quruluşlu, başının qabaq hissəsində alnına tökülən, düz daransa da yenidən öz formasını alan çolkalı bir gənc oğlan.

Univeristeti bitirər-bitirməz başladım televiziyalarda iş axtarmağa. Baxmayaraq ki, bir neçə qəzetdə jurnalistik fəaliyyətimə tələbəliyimin ilk illərindən başlamışdım. Qısası, TV-lərin birində karyera qurmaq arzusundaydım. Mövcud telekanalların demək olar ki, hamısına CV  göndərmişdim, vakant yer olacaq, çağırarlar ümidi ilə. Bununla belə iş axtarmaqda davam edirdim. Cənub TV-dən təklif almışdım. Müsahibəyə çağırmışdılar və bəyənmişdilər. Ancaq məni məvacib qane etmirdi. Verəcəkləri maaş yol puluna yetirdi.

Nəisə, özümə yeni iş tapacam deyə internet səhifələrini ələk-vələk edirdim. Qarşıma belə bir elan çıxdı: “Yeni açılacaq LMTV-yə müxbir, redaktor, aparıcıların qəbuluna başlanılıb. Tələsin!” Mən də vaxt itirmədən, çoxdan bəri hazır olan CV-mi göndərdim getdi. Bir həftə keçmədən zəng gəldi ki, bəs sizi müsahibəyə çağırırıq, filan vaxtda, filan yerdə olun. Düzü ünvanı deyəndə çaşıb qalmışdım. Bura nə ofis, nə də televiziyaya aid məkan idi. Mebel salonu idi. Televiziya üçün konkurs mebel salonunda keçirilməsi məndə inamı azaltsa da, hələ ümidim vardı. “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Yağmur  mebel salonu”. Vaxtında vədə verilən yerdə oldum. Müsahibəyə çağırılmaq üçün zəng olunmuş nömrəni yığdım və budur bizim qəhrəman məni qarşıladı. O vaxt onun adını öyrənə bilməmişdim. Nəisə, müsabiqəyə qatılmamız üçün qarşımıza şərt qoyuldu. 5 manat versək şansımızı sınaya biləcəyik. Yalan olmasın, 35-40 qız-oğlan durub növbəyə. Mən də TV-də işləyəcəm deyə 5 manatı əsirgəmədən verdim. Və nəhayət müsabiqə başladı, mənə də növbə çatdı. Münsiflər respublikada tanınan insanlar idi. Aralarında Səyyad Əlizadə, Firudin Qurbansoy və s (məncə bu adlar kifayətdi). Burada biraz məndə çaşqınlıq yarandı. Yəni bu adamlar TV aparıcısı seçəcək məslək sahibləri deyildilər. Əl qərəz, müsabiqə iki mərhələdən ibarət idi. Birinci turu keçdim, ikincidə ilişdim. Bir qız seçildi. Ədalı yerişi ilə görənləri heyran etmişdi deyəsən. Bir oğlan da ədəbiyyatşünas idi. Onu da ehtiyyat namizəd kimi nəzərlərində saxlayacaqlarını dedilər…    Mənim hansısa açılmayacaq TV-də işləmək ümidim beləcə puç oldu.

Üstündən iki il keçəndən sonra hazırda işlədiyim TV kanalında (nəhayət özümə TV-də iş tapmışdım. Qarşıma jurnalist kimi çalışmağı məqsəd qoysam da video montajçı işləyirəm) Ceyhunla rastlaşdım. O da mən çalışdığım TV-də prodüser işləməyə gəlmişdi. Bir uğurlu layihəsindən sonra məşhur istedad yarışmasının layihə rəhbəri oldu. Və mən onun verilişi montaj edəsi oldum. Beləcə onunla yaxından tanış olmaq qismət oldu. Gülür, danışır, zarafatlaşırdıq. Sizə nəql etdiyim hekayətdəki qəhrəmanın Ceyhun olub-olmadığını dəfələrlə özündən soruşmuşdum. Ceyhun and-aman eliyirdi ki, mən olmamışam. Mən də inanmışdım. Özlüyümdə bir insana bu qədər bənzəyən digər insanın olmasını götür-qoy edirdim. Bu yazını yazmağa da məni elə bu amil məcbur etdi.  Göz yaddaşım məni heç vaxt aldatmadığından əmin idim. Ceyhunun yanında  bu söhbəti daha açmadım. Ceyhunun layihəsi bitdi. Müqaviləsi xətm olundu və işdən çıxdı (indi digər kanalda çalışır).  Ara-bir “WatsApp” hal əhval edirik. Onu da deyim ki, “maşennik” ləqəbini ona mən verməmişəm. Prodüser işlədiyi vaxtda  Tv-də bu  adı qazanmışdı.

Bu yaxınlarda elektron poçtumun yaddaşını köhnə məktublardan təmizləyərkən həmin dörd il əvvəl iş üçün müraciət etdiyim elektron ünvanı gördüm. Həmin profildə Ceyhunun şəkili idi. . .

 

ceyhun

 

 

 

Advertisements

Sentyabr 30, 2014 tarixində Yeni içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: