“Yola vermək” üzrə “Nobel mükafatı”

Bizdə “Yola vermək” sözündən zəhləm gedir də. Ya “Hə” ya da “Yox” da. Səhər avtobusda tozdan nəfəs almaq mümkün deyildi. Düşəndə iradımı bildirdim sürücüyə, arxadan bir qaqaş deyir ki, “yola ver getsin də, bunluq deyil.” Özümü biranlıq elə hiss etdim ki, sanki, bu tozdan tək mən narahat oluram. Hamı yola verir. O günü kinotetra getmışdim. Hərbi vətənpərvərlik mövzusunda olan film idi. O səpkili filmləri daim izləyirəm. Biletimdə 11-ci sıra 3-cü yer yazılıb. Görürəm bu sırada boş yer yoxdur. Bir dayday oturub yerimdə. Deyrəm bura mənim yerimdi, o yan bu yandan dedilər ki, yaşlı kişidi yola ver getsin. Nəisə, bunu da yola verdim, keçib lap arxada əyləşdim ki, əsəblərimi korlamayım filmə xoş əhvalla baxım. Filmə baxdıqca görürəm ki, Rejissor da yola verib. Əsgər əlində pulumyot atırdı, vuralın göstərildi, kadr əsgərə qayıtdı, əlində avtomat idi. Belə ardıcıllıq pozulan çox epizod vardı sadalamayım. Bu zamanədə hamı yola verir. Yola verə-verə yaşayırıq. Nə olacaq axırımız?
Tələbə oxumur, dekan yola verir, marketdə vaxtı bitmiş məhsulları dövlət agentliyi yola verir, krediti bankdan manatla götürüb dollarla qaytarırıq bankı yola veririk, müqaviləni oxumuruq. Qaz zəif gəlir, Rövnəq müəllim deyir pəncərəni bağlayın birtəhər yola verin, su bulanıq gəlir, azərsu deyir suyu ucuz satırıq ona görə yola verin, iki gündən bir asfaltı qazıb yenidən asfalt çəkirlər azəryolservis deyir biz də işləməliyik ya yox, yola veririk.
Axırda yola vermək üzrə “Nobel mükafatı” alacıq.

 

loading…
Advertisements

Oktyabr 25, 2016 tarixində Yeni içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: