“Qobusnamə”-dən sözün harda,necə deyilməsi haqqında gözəl hekayət

QabusnaməHe k a y ə t. Eşitmişəm, deyirlər ki, Sahibin dövründə Zənganda bir qoca var idi. Bu qoca adlı-sanlı Şafei (Allah ona rəhmət eləsin) əshabələrindən idi. Özü din xadimi, müfti, vaiz olmaqla qazı yanında müşavirlik də edərdi. Zəngan rəisinin də ələvi, (yə’ni Əli nəslindən olan) bir oğlu var idi, o da vaiz və qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-birini ifşa edər və minbərdən bir-birinə ağır sözlər deyərdilər. Bir gün bu ələvi minbərdən hamin qocanı “kafir” adlandırdı. Xəbəri qocaya çatdırırlar, o da minbərdən hamin cavanı “haramzadə adlandırdı. Bu xəbəri də ələviyə çatdırdılar. Bərk özündən çıxdı, tez yerindən qalxıb Rey şəhərinə, Sahibin yanına getdi, hamin qocadan şikayət edib, ağladı və dedi: “Sizin dövrünüzdə yaramaz ki, peyğəmbər övladını “haramzadə” adlandırsınlar”. Sahibin həmin qocaya açığı tutdu, qasid göndərib onu Reyə çağırtdırdı. Şəriət üləması və seyidlərlə birlikdə məhkəmə düzəldib qocaya dedi: “Ey şeyx, sən şafei (Allah ona rəhmət eləsin) imamlarının adamlarındansan, özün də alimsən, bir
ayağın buradadır, bir ayağın gorda, heç sənə yaraşarmı, peyğəmbər övladına “haramzadə” deyəsən? İndi ki, bunu
deyibsən, gərək sübut edəsən,yoxsa sənə şəriətin vacib bildiyi elə bir cəza verəcəyəm ki, xalq bundan ibrət alsın və heç kəs belə ədəbsizlik və hörmətsizliyə cəsarət etməsin”. Qoca dedi: “Sözümün doğruluğuna sübutum həmin ələvinin özüdür, onun üçün onun özündən daha inandırıcı sübut ola bilməz. Lakin mənim sözümə görə, o, halalzadə və təmizdir, öz sözünə görə isə haramzadədir”.
Sahib dedi: “Bunu neçə sübut edə bilərsən?” Qoca dedi: “Bütün Zəngan bilir ki, onun anasının kəbinini atasına mən kəsmişəm, o isə məni minbərdən kafir adlandırmışdır. Əgər o bu sözü ürəkdən deyirsə o, zaman kafirin kəsdiyi kəbin haramdır, bu halda, onun öz dediyinə görə, o, haramzadədir; yox, əgər ürəkdən demirsə, deməli yalançıdır, ona tənbeh lazımdır”.
Sonra qoca əlavə etdi: “Hər halda ya yalançıdır, ya haramzadə. Peyğəmbər övladı isə yalançı olmamalıdır, necə
istəyirsiniz, onu elə də adlandırın, şübhəsiz ki, bu ikisindən birisini qəbul etmək lazım gələcəkdir”.
O cavan bərk tutuldu, heç bir cavab tapa bilmədi. Bu sözü fikirləşməyib dediyi üçün ağrısını çəkdi.
Ey oğul, söz danışan ol, söz güləşdirən olma. Söz güləşdirmək divanəlik kimi bir şeydir. Hər kimlə danışsan, diqqət et, gör, o sənin sözlərinin müştərisidir, ya yox. Əgər yağlı müştəri tapsan əl çəkmə, sözlərini sat, yox müştəri deyilsə, o
sözü saxla, onun xoşuna gələn başqa şeylər danış, qoy dönüb sənin müştərin olsun. Lakin çalış adamla adam ol, insanla insan, çünki adam başqadır, insan başqa. Qəflət yuxusundan ayılanlar xalqla mən dediyim kimi rəftar edər.
Bacardıqca söz deyib, söz eşitməkdən çəkinmə, çünki insanlar söz eşitmək vasitəsi ilə söz deməyi bacaran olarlar.
Sübut: əgər uşağı anasından ayırıb zirzəmiyə salsalar, orada süd verib böyütsəlar, anası və dayası onunla danışmasalar, ona nəvaziş etməsələr, o heç kəsin səsini eşitməsə, böyüdükdə lal olar, lakin belə adam uzun müddət eşidib öyrəndikdən sonra yenə dilə gəlib danışar. Başqa bir s üb u t: anadan kar doğulan lal olar. Görmürsənmi, lalların hamısı kardırlar?

“Qobusnamə”-dən bir parça

Advertisements

Mart 25, 2017 tarixində Yeni içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: