Kateqoriya Arxivləri: Yeni

“Qobusnamə”-dən sözün harda,necə deyilməsi haqqında gözəl hekayət

QabusnaməHe k a y ə t. Eşitmişəm, deyirlər ki, Sahibin dövründə Zənganda bir qoca var idi. Bu qoca adlı-sanlı Şafei (Allah ona rəhmət eləsin) əshabələrindən idi. Özü din xadimi, müfti, vaiz olmaqla qazı yanında müşavirlik də edərdi. Zəngan rəisinin də ələvi, (yə’ni Əli nəslindən olan) bir oğlu var idi, o da vaiz və qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-birini ifşa edər və minbərdən bir-birinə ağır sözlər deyərdilər. Bir gün bu ələvi minbərdən hamin qocanı “kafir” adlandırdı. Bu yazının davamını oxu

“Yola vermək” üzrə “Nobel mükafatı”

Bizdə “Yola vermək” sözündən zəhləm gedir də. Ya “Hə” ya da “Yox” da. Səhər avtobusda tozdan nəfəs almaq mümkün deyildi. Düşəndə iradımı bildirdim sürücüyə, arxadan bir qaqaş deyir ki, “yola ver getsin də, bunluq deyil.” Özümü biranlıq elə hiss etdim ki, sanki, bu tozdan tək mən narahat oluram. Hamı yola verir. O günü kinotetra getmışdim. Hərbi vətənpərvərlik mövzusunda olan film idi. O səpkili filmləri daim izləyirəm. Biletimdə 11-ci sıra 3-cü yer yazılıb. Görürəm bu sırada boş yer yoxdur. Bir dayday oturub yerimdə. Deyrəm bura mənim yerimdi, o yan bu yandan dedilər ki, yaşlı kişidi yola ver getsin. Nəisə, bunu da yola verdim, keçib lap arxada əyləşdim ki, əsəblərimi korlamayım filmə xoş əhvalla baxım. Filmə baxdıqca görürəm ki, Rejissor da yola verib. Əsgər əlində pulumyot atırdı, vuralın göstərildi, kadr əsgərə qayıtdı, əlində avtomat idi. Belə ardıcıllıq pozulan çox epizod vardı sadalamayım. Bu zamanədə hamı yola verir. Yola verə-verə yaşayırıq. Nə olacaq axırımız?
Tələbə oxumur, dekan yola verir, marketdə vaxtı bitmiş məhsulları dövlət agentliyi yola verir, krediti bankdan manatla götürüb dollarla qaytarırıq bankı yola veririk, müqaviləni oxumuruq. Qaz zəif gəlir, Rövnəq müəllim deyir pəncərəni bağlayın birtəhər yola verin, su bulanıq gəlir, azərsu deyir suyu ucuz satırıq ona görə yola verin, iki gündən bir asfaltı qazıb yenidən asfalt çəkirlər azəryolservis deyir biz də işləməliyik ya yox, yola veririk.
Axırda yola vermək üzrə “Nobel mükafatı” alacıq.

 

loading…

“Maşennik” Ceyhun

Ceyhunu ilk dəfə illər öncə, iş axtararkən görmüşdüm. Arıq, təxminən 185 sm hündürlüyündə, sümükləri aydın sezilən sifət quruluşlu, başının qabaq hissəsində alnına tökülən, düz daransa da yenidən öz formasını alan çolkalı bir gənc oğlan.

Univeristeti bitirər-bitirməz başladım televiziyalarda iş axtarmağa. Baxmayaraq ki, bir neçə qəzetdə jurnalistik fəaliyyətimə tələbəliyimin ilk illərindən başlamışdım. Bu yazının davamını oxu

Gerçəkləşməyən arzu (hekayə)

gerceklesmeyen arzuSifəti tanınmaz halda idi. Axı üzü üstə düşmüşdü. On altıncı mərtəbənin fasadında  işləyərkən. Düşdüyü yerdə  qan gölməçəsi  yaranmışdı. Sanki filmlərdə süni yaradılan döyüş səhnələrində boyalarla bu cür edirlər. Ancaq bu real idi. Əraziyə nəzarət edən mühafizəçi qışqıra-qışqıra qaçırdı. Külək səsi yeməkxanaya doğru yönəldirdi.  Səsə yeməkxanadakı  usta-fəhlə briqadası da diskindi. Əynindəki  uniformanın rəngi də dəyişmişdi. Üstən geyinilən  açıq yaşıl rəngli nazik parçadan olan jilet qıp-qırmızı idi. Bədənindəki sümüklər dərini deşib çıxdığından qana qərq olmuşdu. İlk görənlər elə zənn etdilər ki, bu bizin binada çalışan fəhlələrdən  deyil. Bu yazının davamını oxu

Xocalını unutmayaq…

khojaly-monument-300x204In February 1992, an unprecedented massacre was committed against the Azerbaijani population in the town of Khojaly. This bloody tragedy, which be came known as the Khojaly genocide,involved the extermination or capture of the thousands of Azerbaijanis; the town was razed to the ground. Over the night from 25 to 26 February 1992 the Armenian armed forces with the help of the infantry guards regiment No. 366 of the former USSR implemented the seizure of Khojaly – a small town situated in the Nagorny Karabakh region of the Republic of Azerbaijan with the total area of 0.94 sq. km. and the population before the conflict of 23,757.

21-ci il də Xocalısız keçdi. Allah səbr verməsin. Bəsdi səbr etdik. Xocalını azad etmək vaxtıdır. Orada şəhid olanların qanı yerdə qalmamalıdır. Hər il Xocalının il dönümü gələndə sanki yenidən Xocalını yaşayırıq. Şəhidlərin yaxınları danışanda adamın tükləri biz-biz olur. Onların başlarına gətirilən fəlakətləri dünya birliyi danmamalıdır. Çox təəssüf ki, Xocalı faciəsinə  lazımi qiymət verilməyib. Bu yazının davamını oxu

Haradadır Qaçaq Nəbi? Gələ xalqı qurtara bu rüsvayçılıqdan

Bir həftə ərzində üç mitinq. Gözlər açılır yavaş-yavaş. Bizim xalqın əlindən hər şeyini almaq olar.Təkcə qeyrət, namusundan başqa.  “Axırıncı aşırım” Azərbaycan filmi yəqin ki hər kəsin yadındadır. Orada Kərbəlayinin bütün varını-yoxunu əlindən alırlar. Axırda deyir ki, Adamın əlindən pulunu da alarlar, taxılını da, ancaq qeyrətini, namusunu almaq olmaz.

 Namus bizim xalqın mentaliteti üçün ən önəmlidir.  Bunun üçün insanın canına qəsd də edilir. Buna sübut olaraq həftə sonları “Cinayət işi”nə baxsaq görərik. Görərik ki, insanlar namusları uğrunda bir insanın canına qəsd etməkdən belə çəkinmirlər.

  İsmayıllı üsyanına səbə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin oğlu xalqın namusuna söydü. O söyüşü söyən insanlar üçün bu adi hal ola bilər. Bu yazının davamını oxu

Səkilərin qənimi siqaret kötükləri

Sivil ölkələrdə siqaretdən qurtulmaq üçün əməlli-başlı  layihələr həyata keçirirlər. Türkiyəni misal göstərmək olar. Bütün Türkiyə televiziya kanallarında, siqaretə qarşı sosial reklamlar yayımlanır. Bizdə görəsən nə vaxt bu addım atılacaq? Bu yazının davamını oxu

Milli Məclisdən analoqu olmayan qanunun qəbulu

İcazəsiz etiraz aksiyası keçirənləri 30 min manat cərimələmək kimə lazımdır? Demokratiyanı boğmaq üsullarından biridir bu. Əgər demokratik yolu seçmişiksə, xalqın etiraz səsləri niyə boğmulmalıdır? Bu yazının davamını oxu

“PAZ” avtobusları rayonlardan nə vaxt yığışacaq?

Ötən həftə rayondaydım. Doğma Lənkəran rayonunda. Liman şəhərində yaşayır ailəmiz. Rayon mərkəzinə getmək lazım oldu. PAZ avtobusu ilə səyahət etdim. Bu yazının davamını oxu

Bloqumu yeniləməyə vaxtım olacaq?!

Artıq bir ilə yaxındır ki, bloq yazmıram. Ona görə yox ki, tükənmişəm. Ona görə yox ki, tənbəllik edirəm. Ona görə yazmırdım ki, bloquma sərf edəcək zamanımı yollarda tıxacda qalmaqda itirirdim. Bu yazının davamını oxu