Haradadır Qaçaq Nəbi? Gələ xalqı qurtara bu rüsvayçılıqdan

Bir həftə ərzində üç mitinq. Gözlər açılır yavaş-yavaş. Bizim xalqın əlindən hər şeyini almaq olar.Təkcə qeyrət, namusundan başqa.  “Axırıncı aşırım” Azərbaycan filmi yəqin ki hər kəsin yadındadır. Orada Kərbəlayinin bütün varını-yoxunu əlindən alırlar. Axırda deyir ki, Adamın əlindən pulunu da alarlar, taxılını da, ancaq qeyrətini, namusunu almaq olmaz.

 Namus bizim xalqın mentaliteti üçün ən önəmlidir.  Bunun üçün insanın canına qəsd də edilir. Buna sübut olaraq həftə sonları “Cinayət işi”nə baxsaq görərik. Görərik ki, insanlar namusları uğrunda bir insanın canına qəsd etməkdən belə çəkinmirlər.

  İsmayıllı üsyanına səbə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin oğlu xalqın namusuna söydü. O söyüşü söyən insanlar üçün bu adi hal ola bilər. Bu yazının davamını oxu

Advertisements

Qullar o vaxt üsyan edir ki, qollarında olan zəncirlərdən başqa itirəcəkləri bir şey olmasın

Bine Ticaret merkeziBu kəlamın müəllifini unutduğum üçün üzr istəyirəm.

 Son günlərdə keçirilən mitinqlərdə bir daha əmin oldun ki, insanlar deyəsən itirməyə başlayıblar. 2003-cü il istisna olmaqla, mən hələ belə bir mitinq görməmişdim. Vaxtaşırı müxalifət  partiyaları etiraz aksiyası keçirir. Sayları 100-500 olurdu. 50 nəfərlik mitinqin də şahidi olmuşdum. Binə Ticarət Mərkəzindəki  keçirilən kütləvi etiraz aksiyasında  əmin oldum ki, xalq hissləri ilə oynayanlara boyun əyməkdən bezib.

Bu yazının davamını oxu

17.12.2012-ci il BAKI

Sona 4 gün qalmış

17122012

Hava şəraiti paytaxtda qeyri-adi mənzərə yaratdı.  Sağdan sola doğru qaranlıqlaşan şəhər.

Hörmət, zəhmət haqqı, çay pulu, xərc yoxsa RÜŞVƏT?

ruwvet_246506861

Bilmirəm bu, sözlərin daha da sinonimləri varmı?

Kiməsə “Rüşvət alırsan”  deyə bilməzsən. Bunu sübut etsən belə. Qəribə haldır. Respublikada anti-rüşvət mübarizəsi getdiyi bir vaxtda, bəziləri bu əməli başqa adla çağıraraq yenidən öz  işlərini görürlər. Yəqin rüşvət məvfumu onlara başqa cür görünür. Yəni, kimsə böyük miqdarda pul verib işin düzəltdirəndə olur rüşvət. Bu yazının davamını oxu

“İpək yolu”nun Azərbaycanda böyük tarixi əhəmiyyəti

ipek yolu Uşaq nəyisə kəşf etmiş kimi, qışqıra-qışqıra atasının yanına qaçaraq soruşur:

-Ata, ata bu izlər nədir? Axı dünən burada heç bir iz yox idi!

-Gecə buradan karvan keçib.

-Karvan? Karvanlar buradan niyə keçirlər ki?

-Bu yol “İpək yolu”dur. Tacirləri min illərdir ki, buradan keçib, uzaq-uzaq diyarlara gedib ticarətlə məşğul olurlar. Bu yazının davamını oxu

Səkilərin qənimi siqaret kötükləri

Sivil ölkələrdə siqaretdən qurtulmaq üçün əməlli-başlı  layihələr həyata keçirirlər. Türkiyəni misal göstərmək olar. Bütün Türkiyə televiziya kanallarında, siqaretə qarşı sosial reklamlar yayımlanır. Bizdə görəsən nə vaxt bu addım atılacaq? Bu yazının davamını oxu

Milli Məclisdən analoqu olmayan qanunun qəbulu

İcazəsiz etiraz aksiyası keçirənləri 30 min manat cərimələmək kimə lazımdır? Demokratiyanı boğmaq üsullarından biridir bu. Əgər demokratik yolu seçmişiksə, xalqın etiraz səsləri niyə boğmulmalıdır? Bu yazının davamını oxu

“Yahovanın şahidləri” kimlərdi? (Kiçik araşdırma)

İnanmıram ki, Bakı şəhərində onlara rast gəlməyən insan tapılsın.

Kimdilər onlar? Hər gün qapı-qapı düşüb camaatı inandırmaq istəyirlər ki, Yahova Allah gələcək, kimlərki onlara şahidlik edib, onları arzularına çatdıracaq.

Bu dinin yaradıcısı  Amerikalı papa Çarles Russel olub. Orta tehsillidir. 1872-ci ildə bu təriqətin əsasını qoyub. 1916-cı ildə dünyasını dəyişib.  Mənbələrin yazdığına görə, bu insan fırıldaqçı olub. Bu yazının davamını oxu

“PAZ” avtobusları rayonlardan nə vaxt yığışacaq?

Ötən həftə rayondaydım. Doğma Lənkəran rayonunda. Liman şəhərində yaşayır ailəmiz. Rayon mərkəzinə getmək lazım oldu. PAZ avtobusu ilə səyahət etdim. Bu yazının davamını oxu

Bloqumu yeniləməyə vaxtım olacaq?!

Artıq bir ilə yaxındır ki, bloq yazmıram. Ona görə yox ki, tükənmişəm. Ona görə yox ki, tənbəllik edirəm. Ona görə yazmırdım ki, bloquma sərf edəcək zamanımı yollarda tıxacda qalmaqda itirirdim. Bu yazının davamını oxu