Bloq Arxivləri

Biri vardı, biri yoxdu, bir zamanlar Əkrəm Əylisli vardı…

Dar ağacın hazırdır, xalq yazıçısı!

Əkrəm Əyrisli

Neçə gündür gündəmi zəbt edən “Daş yuxular” əsəri. Bir insanı  peşman edəcək qədər mediada ittihamlar, təhqirlər, tənqidlər səsləndirilir. Bir insan nə qədər dözə bilər ki, bu ittihamlara. Nə qədər səbrli, təkəbbürlü olsan da, bunlara cavab vermək məcburiyyətindəsən. Təkzib etmək vaxtıdır, bəlkə bu əsəri sən yazmayıbsan? Çıx özünü təmizə çıxart da! İnsanın içində millətinə qarşı nə qədər nifrət olmalıdır ki, milləti tapdaq altına atacaq qədər bir əsər yazasan. Bir sual da ortaya çıxır. Əvvəla bu əsər 5 il öncə yazılmışdısa, indi niyə ortaya çıxırdı? Özü də bu şəkildə?

Əkrəm Əylisli ANS TV-yə müsahibəsində deyir ki, yazdıqlarım hammısı həqiqətdir. Lap 10 dəfə altından imzamı ataram. Bu yazının davamını oxu