Bloq Arxivləri

Gerçəkləşməyən arzu (hekayə)

gerceklesmeyen arzuSifəti tanınmaz halda idi. Axı üzü üstə düşmüşdü. On altıncı mərtəbənin fasadında  işləyərkən. Düşdüyü yerdə  qan gölməçəsi  yaranmışdı. Sanki filmlərdə süni yaradılan döyüş səhnələrində boyalarla bu cür edirlər. Ancaq bu real idi. Əraziyə nəzarət edən mühafizəçi qışqıra-qışqıra qaçırdı. Külək səsi yeməkxanaya doğru yönəldirdi.  Səsə yeməkxanadakı  usta-fəhlə briqadası da diskindi. Əynindəki  uniformanın rəngi də dəyişmişdi. Üstən geyinilən  açıq yaşıl rəngli nazik parçadan olan jilet qıp-qırmızı idi. Bədənindəki sümüklər dərini deşib çıxdığından qana qərq olmuşdu. İlk görənlər elə zənn etdilər ki, bu bizin binada çalışan fəhlələrdən  deyil. Bu yazının davamını oxu

Bu gün onun doğum günüdü…


Şərqdə ilk demokratik ölkənin yaradıcısı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günüdü.
Həyatını Azərbaycan xalqının maariflənməsinə, azadlıq hisslərini aşılamağa çağıran şəxsiyyət idi o.
127 il öncə o, dünyaya göz açdı. Öz gözlərini açmaqla yanaşı, xalqın da gözlərinin açılmasında böyük fədakarlıq göstərdi.
Tanrı hər bir xalqa nadir şəxsiyyətlər bəxş edib. Bu yazının davamını oxu