Bloq Arxivləri

Haradadır Qaçaq Nəbi? Gələ xalqı qurtara bu rüsvayçılıqdan

Bir həftə ərzində üç mitinq. Gözlər açılır yavaş-yavaş. Bizim xalqın əlindən hər şeyini almaq olar.Təkcə qeyrət, namusundan başqa.  “Axırıncı aşırım” Azərbaycan filmi yəqin ki hər kəsin yadındadır. Orada Kərbəlayinin bütün varını-yoxunu əlindən alırlar. Axırda deyir ki, Adamın əlindən pulunu da alarlar, taxılını da, ancaq qeyrətini, namusunu almaq olmaz.

 Namus bizim xalqın mentaliteti üçün ən önəmlidir.  Bunun üçün insanın canına qəsd də edilir. Buna sübut olaraq həftə sonları “Cinayət işi”nə baxsaq görərik. Görərik ki, insanlar namusları uğrunda bir insanın canına qəsd etməkdən belə çəkinmirlər.

  İsmayıllı üsyanına səbə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin oğlu xalqın namusuna söydü. O söyüşü söyən insanlar üçün bu adi hal ola bilər. Bu yazının davamını oxu